İranın xarici işlər naziri Abbas Əraqçi vəziyyəti müzakirə etmək üçün bazar günü Suriyaya səfər edəcək.
Azpost.info bildirir ki, bu barədə İran XİN məlumat verib.
Nazirlik sözçüsü İsmayıl Bagayi bildirib ki, Əraqçi Dəməşqdə Suriya rəsmiləri ilə görüşəcək. Daha sonra Türkiyə rəsmiləri ilə danışıqlar üçün Ankaraya getməyi planlaşdırır.
Bəşər Əsədin təcili olaraq Moskvadan Dəməşqə uçduğu da bildirilir.