RU

"Qadın haqlı olsa da, arada ağzını bağlamalıdır"

"İndiki zamanda oğlanları evləndirmək, qızı köçürtmək çətindir. Oğlumun 28 yaşı var. Mən necə onu məcbur edim? Özü seçib, evlənməlidir. Oğlum deyir ki, evlənmirəm, tezdir. Avropada yaşayır. Qismət heç nəyə qarışmıram. əcnəbi ilə də evlənsin, qarışmıram. Xoşbəxtdirsə, mən də xoşbəxt olacağam".

Paralel.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Əlsəgərli "Qonaqcanlı" verilişində deyib. Oğlundan danışan müğənni onun evlənmək istəmədiyini deyib. İfaçı bildirib ki, övladının ailə qurmasına qarışmır. 

Həyat yoldaşı Rzadan danışan N.Ələsgərli bunları əlavə edib:

"Həyat yoldaşım mənə işdə kömək olmur. Amma bəxtim gətirib ki, verdiyim məsləhətə qulaq asır. Eşqimdir... O mənim dostumdur, həyat yoldaşım, sirdaşımdır. Bərabr addımlamışıq. Pis günlərimdə də dəstək verən, əsəbiləşəndə sakitləşdirən biridir. Əsəbiləşib qışqıranda deyib, xanım, fikir vermə. Səbrli insandır. Vay o gündən o hirslənsin. O, hirslənəndə mən susuram. Qadın güzəştə getməsə iş davam etməz. Haqlı olsan da, arada ağzını bağla, sus". 

Qeyd edək ki, müğənninin bir qız, bir oğul övladı var.(axşam.az)

Избранный
6
4
paralel.az

5Источники