Gürcüstan hakimiyyətinin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını elan etməsindən sonra başlanan etirazların dalğası böyüsə də, iqtidar dəyişikliyi ehtimalı hələ də güclü görünmür. Bunu həm etiraz aksiyasındakı mənzərə, həm də siyasi müstəvidəki vəziyyətlə əsaslandırmaq olar.
Etiraz aksiyalarında hakimiyyətin əlini gücləndirən iki amil var:
- Müxalif siyasi qüvvələr birləşsə də, həlledici rol oynayacaq lider probleminin olduğu görünür: meydana enən prezident Zurabişvili Saakaşvili obrazında deyil;
- “Gürcü arzusu”nu aksiyaya qarşı bütün inzibati resurslardan istifadədə çəkindirəcək güc mərkəzi yoxdur: ABŞ-da hakimiyyətin ötürülməsi prosesi Gürcüstan hakimiyyətinə qarşı Qərbin təzyiqində Vaşinqtonun rolunu azaldıb;
Gürcüstan hakimiyyətinin avroiteqrasiyadan imtinanı indi elan etməsində Trampın gəlişinin də rolu var.
Birincisi, respublikaçıların hakimiyyəti dövründə ABŞ və Avropa İttifaqının “vahid mövqe” sərgiləməyəcəyi gözləntisi var və bu, rəsmi Tbilisiyə Qərblə münasibətlərdə alternativlər yaradır, eləcə də təzyiq dalğasını parçalayır;
İkincisi, Trampın fəaliyyətə başlamasından sonra ABŞ və Rusiya arasında bazarlıqların aparılması, Yaxın Şərqlə Cənubi Qafqazın “barter” edilməsi ehtimalı mümkün ssenarilərdəndir (Suriyada hazırda baş verənlərə bu gözləntilər fonunda da baxmaq olar): “Gürcü arzusu” bu mümkün ssenariyə hazırlaşır;
Hazırda Tbilisidə təkcə gürcü xalqının seçimi yox, həm də Avropa İttifaqının regiondakı mövcudluğu, ümumilikdə geosiyasi müstəvidə “güc mərkəzi” olmaq perspektivi də həll edilir. Bu baxımdan, Avropa Tbilisidə hakimiyyət çevrilişi üçün bütün resurslarını işə salacaq.
Asif Nərimanlı
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта