RU

Ukrayna Trampın rəhbərliyi dövründə NATO-ya daxil ola bilməyəcək

Ukraynanın Donald Trampın prezidentliyi dövründə Şimali Atlantika Alyansına qoşulmaq üçün dəvət alması mümkünsüzdür.

Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.

Nəşr qeyd edib ki, NATO-ya üzv olan ölkələr Ukraynanı alyansa qəbul etməkdən çəkinir, bunun hərbi-siyasi bloku Ukrayna münaqişəsinin iştirakçısına çevirəcəyindən ehtiyat edirdilər.

Həmçinin bildirilir ki, Tramp administrasiyası Ukraynanın yaxın gələcəkdə alyansa daxil olmasını dəstəkləmək planlarının olmadığını açıq şəkildə bəyan edib.


Müəllif: Arzu
Избранный
26
teleqraf.com

1Источники