RU

Gürcü xüsusi təyinatlılar HƏRƏKƏTƏ KEÇDİ:

Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin binası yaxınlığında hökumət əleyhinə aksiyanın iştirakçılarını saxlamağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edilib ki, nümayişçilər təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə mübarizə aparmağa çalışaraq pirotexniki məhsullardan istifadə edirlər.

Bundan bir qədər əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçılarının etirazının qanundan kənara çıxdığını və zorakılığa çevrildiyini vurğulamışdı. Xüsusilə də nümayişçilər parlament binasında yanğın törədiblər .

Noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir.

Избранный
68
publika.az

1Источники