RU

Hansi Flik “Las Palmas”a gözlənilməz məğlubiyyəti şərh etdi

“Barselona” baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 15-ci turunda “Las Palmas”a gözlənilməz ev məğlubiyyətini (1:2) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz çox da yaxşı çıxış etmədik, amma komanda sona qədər yaxşı nəticə əldə etməyə çalışdı. Bu gün o gün deyildi və biz ikinci hissədə yaratdığımız fürsətlərdən səmərəli istifadə edə bilmədik. Oyuna nəzarət etdikdə və yaxşı çıxış etdikdə, yaxşı oynamağı və fürsətlər yaratmağı bacarırıq. Fəsadımız ondadır ki, bunu etmədikdə, əvvəllər vurduğumuz qolları vurmuruq. Bizə dəyişmək, daha yaxşı və daha məntiqli müdafiə olunmaq gərəkdir. Həmçinin qapımızı “qıfıllı” saxlamaq da çətindir. Bu, bütün komandanın işidir”, deyə Hansi Flik vurğulayıb.

Autsayderə məğlubiyyət “Barselona”ya baha başa gəlib. “Blauqrana” La Liqada liderliyini əldən verib. 15 turdan sonra “Barselona” 34 xalla hələ də yarış cədvəlinin zirvəsindədir, amma indi “blauqrana”nın 2-ci pillədə qərarlaşmış əzəli rəqibi “Real” 13 oyundan 30 xalla mümkün lider qismində üstünlük qazanıb. “Las Palmas” isə 15 xalla 15-ci pillədədir.

Əlavə edək ki, “Barselona” evdə “Las Palmas”a sonuncu dəfə 53 il əvvəl, 1971-ci ilin sentyabr ayının 19-da uduzmuşdu – 1:2.

Yeri gəlmişkən, Hans-Diter Flik İngiltərə çempionu “Mançester Siti”nin cari səmərəsinin aşağı düşməsi ilə bağlı sualı cavablayıb. “Şəhərlilər” son 6 oyundan 5-də ardıcıl surətdə məğlub olublar, 1 dəfə isə heç-heçə ediblər.

“Mən həmişə deyirəm ki, öz komandama diqqət edirəm və başqaları haqqında düşünmürəm. “Mançester Siti”nin öz fəsadları var, mən onları təhlil edə bilmərəm, bu, düzgün deyil. Amma “Pep”ə ən yaxşısını arzulayıram. Ümidvaram ki, növbəti oyun onun üçün ən yaxşısı olacaq”, deyə alman mütəxəssis vurğulayıb.

Избранный
41
arena.az

1Источники