RU

Rusiyada uşaqlara alışqan satışı qadağan EDİLDİ

Rusiya prezidenti Vladimir Putin tərkibində mayeləşdirilmiş karbohidrogenlər olan məişət cihazlarının uşaqlara satışını qadağan edən qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, müvafiq qanunu əks etdirən sənəd hüquqi informasiya portalında dərc olunub.

Qanunun mətnində qeyd olunur ki, hökumət yetkinlik yaşına çatmayanlara satışı qadağan edilən qaz tərkibli məhsulların siyahısını müəyyən etməlidir.

Bundan əlavə, sənəd uşaqlar arasında belə məhsullardan istifadəni təşviq edən məlumatların yayılmasını da qadağan edir.

Oktyabr ayında bir qrup deputat uşaqlara alışqan, onları doldurmaq üçün olan (qaz dolu) balonlar və digər qaz tərkibli məişət əşyalarının satışına qadağa qoyulmasını təklif etmişdi.

Qeyd olunur ki, bu əşyalar çox vaxt təhlükəli oyunlar və toksikomaniya üçün istifadə olunur.

Избранный
23
16
redaktor.az

5Источники