RU

Tramp Trüdo ilə danışıqların nəticələri barədə məlumat verib

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Kanada Baş naziri Castin Trüdonun qanunsuz miqrasiya artımı ilə əlaqədar ABŞ-yə narkotik qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq vəd etdiyini açıqlayıb.

Bu barədə amerikalı siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.

“Kanada Baş naziri Castin Trüdo ilə çox məhsuldar görüş keçirdim, hər iki ölkənin işini tələb edən bir çox vacib məsələləri müzakirə etdik. Bunların arasında qanunsuz miqrasiya nəticəsində çox sayda insan həyatına son qoyan narkotik və fentanil böhranları, amerikalı işçilərə zərər verməyən ədalətli ticarət sazişləri və ABŞ-nin Kanada ilə ciddi ticarət kəsiri var. Baş nazir Trüdo amerikan ailələrinin bu dəhşətli dağılmasının qarşısının alınmasında bizimlə işləməyə söz verdi”, – Tramp qeyd edib.

O əlavə edib ki, ABŞ artıq “əl-qolu bağlı oturmayacaq” və amerikalı vətəndaşların narkotik epidemiyasının qurbanına çevrilməsinə baxmayacaq.

Seçilmiş Amerika lideri həmçinin bildirib ki, görüşdə energetika, ticarət və Arktika məsələləri müzakirə olunub.

“Bunların hamısı Ağ Evə qayıtdıqdan sonra ilk günlərdə və hətta daha əvvəl məşğul olacağım həyati vacib məsələlərdir”, – respublikaçı vurğulayıb.

Xatırladaq ki, Trampın bazar ertəsi qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25 % rüsum tətbiq ediləcəyi barədə bəyanatından sonra Trüdo cümə günü danışıqlar üçün Florida ştatına gəlib.

ABŞ, Meksika və Kanada dövlətlər arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli müqavilə (USMCA) ilə bağlıdır.

"Cebheinfo.az"

Избранный
33
3
cebheinfo.az

4Источники