RU

Ukrayna Rusiyanın Bryansk vilayətinə PUA-larla zərbə endirib-VİDEO

Ukrayna Rusiyanın Bryansk vilayətinə PUA-larla zərbə endirib. 

Azpost.info bildirir ki, bu barədə Bryansk vilayətinin başçısı Aleksandr Boqomaz məlumat verib.

Boqomazın sözlərinə görə, bölgə PUA hücumuna məruz qalıb.

“Rayonumuz üçün çətin gecə. Ukrayna Bryansk vilayətinin ərazisinə irimiqyaslı hücum həyata keçirib.
Starodub bələdiyyə dairəsində PUA-lar mülki əhaliyə hədəflənmiş hücumu nəticəsində təəssüf ki, bir uşaq həlak olub” -deyə Boqomaz bildirib.

Şahidlər PUA-nın beşmərtəbəli binaya zərbə endirdiyini bildiriblər.

Yerli sakinlərin sözlərinə görə, dron Starodubski rayonunda yaşayış binasına düşüb. Həmçinin hücumdan sonra fərdi evdə yanğın başlayıb.

Hələlik rəsmi məlumat yoxdur.

bryansk pua

Избранный
91
21
azpost.info

10Источники