RU

Erməni deputat Xocalı qatili Robert Köçəryanın fraksiyasından ayrıldı

Ermənistan parlamentinin deputatı Qeqam Nazaryan təmsil olunduğu fraksiyadan çıxıb və müstəqil deputat olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının bəyanatında deyilir.

“Plüralizm və kollektiv qərar qəbul etmək “Ermənistan” fraksiyasının davranış xəttidir.

Son dönəmdə deputat Qeqam Nazaryanın mövqeləri fraksiyanın siyasi kursundan və prioritetlərindən fərqlənir.

Belə bir vəziyyətdə Qeqam Nazaryanın fraksiya tərkibində sonrakı fəaliyyəti qeyri-mümkün olur. Fraksiya iclasında gedən müzakirənin nəticəsi olaraq deputatın fəaliyyət seçimini sonuncunun ixtiyarına buraxaraq, onun fraksiyadan çıxmasını təklif etdik. Razılaşdı. Biz bir-birimizə qarşı siyasi düzgünlüyə riayət etmək məsuliyyəti ilə sülh yolu ilə ayrılırıq”-

“Ermənistan” fraksiyasının bəyanatında deyilir.

Xatırladaq ki, adı çəkilən fraksiya sabiq prezident, Xocalı qatili Robert Köçəryana məxsusdur.

Bizim.Media

Избранный
45
1
bizim.media

10Источники