RU

Gəncədə 22 yaşlı gənc bacısını BIÇAQLADI

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazində qeydə alınıb.

 

Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə G. Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.

 

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin qardaşı, 2002-ci il təvəllüdlü Emin Verdiyevin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Избранный
7
1
modern.az

10Источники