RU

"Azərbaycan çempionatı barədə ancaq müsbət sözlər deyə bilərəm" - "Zirə"nin legioneri

style='margin-bottom:10px;'>

“Matça yaxşı başladıq, erkən qol vurduq. Lakin sonradan rəqib hesabı bərabərləşdirdi. Bu da bizə bir qədər çətinlik yaradırdı. İkinci hissədə daha yaxşı oynadıq, qollarımızı vurduq və qalib gəldik”.

QOL.az saytına müsahibəsində bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Ayron Qomis Misli Premyer Liqasının 15-ci turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib. 

Fransalı yarımmüdafiəçi ikinci hissədə daha inamlı təsir bağışlamalarına belə aydınlıq gətirib: “Fasilədə vəziyyətə düzgün reaksiya verib, lazımi qollar vurduq. Rəqib də yaxşı təsir bağışladı. Buna baxmayaraq, ikinci hissədə qollarımızı sıraladıq. Yaxşı qələbə qazandıq. Bu da məni çox sevindirir”.

“Zirə”yə bu yay qoşulan 25 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının səviyyəsini yüksək qiymətləndirib: “Liqada güclü komandalar var. Yaxşı performans göstərirlər. Müdafiədə aqressivlik, vurulan qollar, ümumilikdə hər şey yaxşı səviyyədədir. Çempionat barədə ancaq müsbət sözlər deyə bilərəm”.

Daha əvvəl İtaliyada “Salernitana”, Türkiyədə “Kasımpaşa” kimi klubların formasını geyinən A.Qomis hazırda “Zirə”də, Azərbaycanda olmaqdan məmnundur: “Bura gələrkən baş məşqçimizlə danışdım, mənə layihə təqdim olundu. Sonda da razılıq əldə etdik. Futbolçu olaraq karyeramda sadəcə yeni mərhələyə keçid etmək istədiyim üçün bura gəldim. “Zirə”də olduğum üçün şadam”. 

Fransalı futbolçu həftə arası Bakıda UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Lion” (1:4) görüşündən də söz açıb: “Oyuna baxdım. “Qarabağ” böyük komandadır. Amma “Lion” Fransada ən böyük 5 kollektiv arasında göstərilir. “Qarabağ” çoxsaylı qol imkanları əldə etdi. Lakin şanslarından faydalanan tərəf “Lion” oldu. Ümumilikdə maraqlı görüş alındı”.

Sonda Qomis qeyd edib ki, hazırkı planları sırf “Zirə” ilə bağlıdır: “Təbii ki, gələcəkdə yenə də karyeramda dəyişiklik edə bilərəm. Lakin hazırda bütün fikrim “Zirə” ilə bağlıdır. Avrokuboklarda oynayıb, mümkün qədər çempionatda da komandamın yuxarı pillələrdə başa vurmasını istəyirəm”. 

Избранный
39
teleqraf.com

1Источники