Suriya Silahlı Qüvvələrindən əlavə qüvvələr Həma əyalətinə gəlib.
Bu barədə Suriya Silahlı Qüvvələrinin baş komandanlığı məlumat yayıb.
“Silahlı qüvvələrimizdən əlavə hərbi gücləndiricilər Həmanın şimalına gəlib”, – deyə məlumatda bildirilir.
Şəxsi heyət, ağır silahlar və raket buraxılış qurğularının gəldiyi qeyd edilir.
Bundan əvvəl Suriya Silahlı Qüvvələrinin bölmələri yaraqlıların Həmada irəliləyişini dayandırıb.
DOĞRU.AZ