RU

Paytaxtda 133 nömrəli marşrut xətti üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər həyata keçirir.

AYNA-dan XQ-ə bildirilib ki, “Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin rahatlığı üçün ən son texnologiyalarla təchiz olunub.

Избранный
10
46
xalqqazeti.az

10Источники