RU

Merih Demiralın transferinə iki maneə – Keçid mümkünsüz görünür

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən Merih Demiralın "Fənərbağça"ya keçidi alınmaya bilər.

Fanat.Az Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verir ki, bu transferin qarşısında iki əsas maneə dayanır.

"Fənərbağça" qış transfer dövründə solaxay mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır və bu səbəbdən Merihin adı siyahıda yer alır. Lakin "Əl-Əhli"nin maliyyə tələbləri və oyunçunun yüksək maaş istəyi keçidi çətinləşdirir.

Yayılan xəbərlərə görə, "Fənərbağça" rəsmiləri Merihin transferi üçün bu ölkəyə yollanaraq danışıqlar aparacaqlar. Amma "Əl-Əhli"nin tələb etdiyi yüksək transfer məbləği və oyunçunun hazırkı maaşı İstanbul klubunun büdcəsinə uyğun deyil. Bu üzdən Demiralın Türkiyə nəhənginə transferi hazırda mümkünsüz görünür. "Sarı bülbüllər" stopper mövqeyinə alternativ oyunçular axtarmağa davam edəcəklər.

Избранный
5
fanat.az

1Источники