RU

Tramp: “Dolardan imtina edən ölkə Amerika ilə vidalaşacaq”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BRİKS ölkələrinin yeni valyuta yaratması və ya dollardan imtina etməsi halında mallarına 100% ticarət tarifləri tətbiq edəcəyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bunu “Truth” sosial sosial şəbəkəsindəki səhifəsində yazıb

“Biz BRİKS ölkələrinin dollardan imtina etməyə çalışması fikrini müşahidə etdik. Biz bu ölkələrdən öhdəlik tələb edirik ki, yeni BRİKS valyutası yaratmayacaqlar və ya qüdrətli ABŞ dollarını əvəz etmək üçün başqa valyutaya dəstək verməyəcəklər, əks halda onlar 100% tariflərlə üzləşəcək və böyük Amerikaya satış ideyası ilə vidalaşmalı olacaqlar”, - o yazıb.

Tramp iddia edir ki, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan “istənilən ölkə” ilə Amerikanın yolları ayrılacaq”.

Musavat.com

Избранный
40
musavat.com

1Источники