RU

Baş nazir: Gürcüstan prezidenti istefa verməli olacaq

Gürcüstan prezidenti Salome Zurabişvili istefa verməkdən imtina etməsinə baxmayaraq, yeni dövlət başçısının andiçmə mərasimi günü Prezident Sarayını tərk etməli olacaq.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

“Əlbəttə, dekabrın 29-da o, iqamətgahını tərk etməli və bu binanı qanuni seçilmiş prezidentə verməli olacaq”, – TASS ondan sitat gətirir.

Bundan əvvəl mandatı dekabrın 16-da başa çatacaq Zurabişvili istefa verməkdən imtina edib.

DOĞRU.AZ

Избранный
257
dogru.az

1Источники