RU

“Sumqayıt” Sumqayıtın yubileyini 3 xalla təbrik etdi - REPORTAJ

Sumqayıt – Şamaxı 2:1 (1:1)
1. Mehdi Cənnətov - 6,0
14. Elvin Bədəlov (k) – 5,0
7. Rövlan Muradov – 6,5
(2. Sərtan Taşkın, 83) – qiymətsiz
17. Murad Xaçayev – 5,5
30. Kamran Quliyev – 5,5
(9. Nikola Vuynoviç, 66) – 5,0
8. Səbuhi Abdullazadə - 5,5
20. Ayxan Süleymanlı – 5,5
19. Roy Kehat – 5,5
(60. Tresor Mossi, 90+4) – qiymətsiz
95. Miloş Miloviç – 5,5
12. Georgi Karaişvili – 5,0
(10. Rəhim Sadıxov, 46) – 5,0
23. Cordan Rezabala – 7,0
(6. Vüqar Mustafayev, 83) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
41. Uğur Cahangirov
21. Nihad Əhmədzadə
5. Alan Dias
18. Kristian Velinovski
77. Cəsurbek Cəloliddinov
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Cordan Rezabala
1. Rikardo Fernandes – 5,5
4. Adil Nağıyev (k) – 5,5
8. İlkin Muradov – 4,5
(6. Rauf Rüstəmli, 84) – qiymətsiz
17. Rafael Məhərrəmli – 5,5
(24. Edqar Adilxanov, 84) – qiymətsiz
5. Arsen Ağcabəyov – 4,5
82. Rüfət Abbasov – 5,0
(66. Vasiliye Bakiç, 87) – qiymətsiz
32. Vasiliye Radenoviç – 5,0
20. Leroy Mikels – 6,0
93. Brahim Konate – 5,5
(60. Səbayıl Bağırov, 87) – qiymətsiz
7. Giorgi Kantariya – 5,5
(11. Conatan Benteke, 84) – qiymətsiz
9. Belajdi Pusi – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
10. Emin Zamanov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
19. Fəxri Məmmədli
89. Cəfər Muxtarov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels

Qollar: L.Mikels, 26 (0:1). C.Rezabala, 45+1 (1:1). R.Muradov, 77-p. (2:1).
Vərəqələr: B.Pusi, 1 (qeyri-idman hərəkəti). C.Rezabala, 41 (hakimin qərarına etiraz). A.Nağıyev, 48 (qeyri-idman hərəkəti). A.Süleymanlı, 73 (qeyri-idman hərəkəti). V.Bakiç, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Şirməmməd Məmmədov (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
VAR hakimi: Rauf Allahverdiyev (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Nəriman Axundov (Bakı).
24 noyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 4500 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

Deyəsən, oktyabrın 14-də “Sumqayıt”ın müvəqqəti baş məşqçisi təyin edilən Vaqif Cavadov hələ uzun müddət burda çalışacaq. Ona görə ki, “kimyaçılar” onun rəhbərliyi altında meydana çıxdığı beş matçdan üçündə qələbə qazanıb. Bu sırada srağagün “doğma divarlar” arasında qazanılan qələbəni xüsusi qeyd etməyə dəyər. Axı komanda Sumqayıtın 75 illik münasibətilə meydana çıxdığı görüşdə həm də baxımlı oyunla yadda qaldı. Bəli-bəli, meydan sahibləri “Şamaxı”ya xeyli əziyyət verdi. Vaqif bəy demişkən, qol vəziyyətlərinin hamısı xoşbəxt sonluqla bitsəydi, hesab daha fərqli olacaqdı. Hər halda, “Sumqayıt”ın yeganə səhvi qonaqların ilk dəqiqələrdəki təzyiqinə dözməmək oldu.

Pusi və Rafaelin uğursuz cəhdlərindən sonra yenidən irəli atılan Leroy 26-cı dəqiqədə Elvinin topu itirməsindən məharətlə yararlandı və təkbaşına xeyli məsafə qət edib “çərçivə”ni dəqiq nişan aldı. Etiraf etmək lazımdı ki, çox möhtəşəm qol alındı. “Kimyaçılar” 36-cı dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Ancaq Elvin yüzfaizlik qol imkanını boşa verdi. O, topu çox yaxın məsafədən tora qovuşdura bilmədi. Ardınca Rezabala Kamranın ötürməsini qapıya yönəltməkdə çətinlik çəkdi. O, günahını 45+1-ci dəqiqədə yudu ki, komandalar fasiləyə bərabərliklə yollandı.

Dəqiq desək, Ayxanın cərimə meydançasının daxilinə göndərdiyi topu Arsen uzaqlaşdırmaq istəsə də, Cordan önünə düşən fürsəti qüvvətli zərbəylə dəyərləndirdi. İkinci hissə Leroyun dubl müəllifi olmasıyla başlaya bilərdi ki, Mehdi seyvlə yadda qaldı. Çox keçmədən Kehat Konatenin “çərçivə”yə yollamaq istədiyi topu qapı xəttinin üstündən çıxardı. 67-ci dəqiqədə Cənnətov komandasını qoldan xilas etdi. O, buna Mikelsin zərbəsini dəf etməklə nail oldu.

Yekun hesabı müəyyənləşdirən qolu isə 77-ci dəqiqədə izlədik. Rezabalanın küncdən zərbəylə cərimə meydançasının daxilinə göndərdiyi top İlkinin əllə oynamasıyla nəticələndi ki, epizodu incələyən Cabbarov penalti təyin etdi. Beləliklə, “nöqtə”yə yaxınlaşan Rövlan qələbə qolunun müəllifi oldu. Matçın qalan dəqiqələri də “Sumqayıt”ın hegemonluğuyla keçdi. Meydan sahibləri lazım olan qələbəni qazandı. “Şamaxı” isə ardıcıl yeddinci oyunda qələbəyə həsrət qaldı. Öz aramızdı, Ayxan Abbasov baş məşqçi postunu itirməklə bağlı narahatlıq keçirməyə başlamalıdı…

Gözdən qaçmadı
* Matçdan əvvəl və fasilədə azarkeşlərin iştirakıyla Sumqayıtın 75 illik münasibətilə əyləncəli oyunlar keçirildi və qaliblərə klubun forması və şərfi hədiyyə edildi.
* Protokoldan da göründüyü kimi, tribunalarda cəmi 4500 azarkeş var idi. Halbuki “Sumqayıt” “açıq qapı” elan etmişdi.
* “Sumqayıt” “Kimyaçılar” və “UltraSumqayıt” fanklubları tərəfindən dəstəkləndi. “Şamaxı” isə azarkeşsiz idi.
* Vaqif Cavadov o qədər həyəcanlı və emosional idi ki, az qala meydana çıxacaqdı. Yan xətt hakimi dəfələrlə ona xəbərdarlıq etdi.
* “Sumqayıt”ın tərəfdarları 77-ci dəqiqədə meydana kənar əşyalar atdı. Onlar bununla Rövlanın qolunu bayram etdi.
* Ayxan Abbasov oyundan sonra onu sevən sumqayıtlı azarkeşlərlə görüşdü və şəkil çəkdirdi.

KƏNAN BAHADIR

Избранный
38
football-plus.az

1Источники