RU

Fransanın şimalında dəmir quş fiqurunun izdihama düşməsi nəticəsində 13 nəfər yaralanıb

Noyabrın 30-da Fransanın şimalındakı Kalvados departamentinin (Normandiya bölgəsi) Truvil-sür-Mer kommunasında böyük dəmir quş fiqurunun milad şənliyi zamanı izdihamın üzərinə düşməsi nəticəsində 13 nəfər yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin “Ouest France” qəzeti yazıb.

Bildirilib ki, yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə 22:15-də) Truveldə yüzlərlə valideyn və uşaqların bir arada olduğu şənlikdə havada asılı vəziyyətdə olan dəmir quş konstruksiyası yerə düşüb. Hadisədə yaralanmış 13 nəfərdən ikisinin vəziyyəti ağır olsa da, onların həyatı təhlükə altında deyil.

Akrobat və rəqqasların iştirak etdiyi şou dərhal dayandırılıb.

Gecənin keçirildiyi yerə təcili xidmətlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
6
3
nocomment.az

4Источники