Rusiya Prezidenti Vladimir Putin 2025-ci il üçün hərbi xərcləri rekord səviyyəyə qaldıraraq büdcə planlarını təsdiqləyib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Assoşeyted Press" məlumat yayıb.
Bildirilib ki, ölkə büdcəsinin təxminən 32,5%-i milli müdafiəyə ayrılıb.
Müdafiəyə ayrılan məbləğ 13,5 trilyon rubl (145 milyard dollardan çox) təşkil edir.
Xatırladaq ki, 2024-cü ildə Rusiyanın müdafiə qabiliyyətinə ayılan vəsait büdcənin 28,3% təşkil etmişdi.
Milli.Az