Day görünən kəndə nə bələdçi - «Turan Tovuz» dərinə düşüşə keçib. Kurban Berdiyevlə rəhbərlik arasında münasibətlərin qırılma həddinə çatması komandanın içini içindən alıb. Bazada dolaşan söz-söhhbətlər istər-istəməz gəlib futbolçuların qulağına çatır. Və bu da yenə istər-istəməz onlarda fikir dağınıqlığı yaradır, baş məşqçidən soyudur.
«Turan» dörd-beş turdur ki, öz oyun «cızığ»ından çıxıb. Birinci 10 həftədəki «Turan»la son həftələrdəki «Turan» arasında dağlar qədər fərq var və bu fərqi mən yaratmamışam, sən yaratmamısan, başqası yaratmayıb. Bu fərqi yaradan klubdaxili gərginlikdir, rəhbərliyin baş məşqçinin arxasınca hər künc-bucaqda danışdıqlarıdır. Futbolçu deyilənləri eşidir, duyur, «əşşi, bu «Baba»nı da yola salsaydılar, canımız dincələrdi» düşüncəsiylə hərəkət etməyə başlayır.
«Araz-Naxçvan»la oyunda son akkordlara imza atıldı. Komandasının dadsız və duzsuz futbolu Berdiyevə nələrsə deyib yəqin.
Onu da təxmin etmək olar ki, bu dəyirman çox su aparmayacaq. «Baba» o yaşda deyil ki, işini itirmək üçün qorxsun, yaxud pulsuzluqdan əziyyət çəksin. Paltosunu qoltuğuna vurub, təsbehini də barmaqlarına dolaşdırıb gedəcək. Bir az tez, bir az gec. Amma mütləq gedəcək.
ELXAN
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта