Almaniyada 50 avtomobil toqquşub, 30-a yaxın adam xəsarət alıb.
Modern.az "Bild" qəzetinə istinadən xəbər verir ki, ölkənin qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində qeydə alınıb.
Qəza nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 8-nin vəziyyəti ağırdır.
Hadisəyə səbəb olan yük maşınının sürücüsü polisin dayanmaq tələbinə cavab verməyib, sürəti artırıb və qarşıdakı zolağa çıxaraq bir neçə avtomobilə çırpılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 30 yaşlı sürücünü saxlayarkən onun sərxoş olduğu üzə çıxıb.