RU

Gürcü diplomatlarına təzyiqlər var - XİN başçısı

Gürcüstan diplomatlarına qarşı təzyiq kampaniyası aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Maka Boçorişvili bildirib.

O, XİN əməkdaşları ilə keçirdiyi görüşdə bu kampaniyanı qəbuledilməz və yolverilməz adlandırıb.

Nazir Gürcüstanın milli maraqlarının müdafiəsində qətiyyətlə dayanan əməkdaşlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Gürcüstan hökumətinin avrointeqrasiya ilə bağlı qərarından sonra ölkənin Bolqarıstan, Niderland, İtaliya, Litva və ABŞ-dakı səfirləri vəzifələrini tərk ediblər.


Müəllif: Cəmilə Babayeva
Избранный
25
teleqraf.com

1Источники