RU

“Bunlar kişini tez qocaldır”

"Kişini tez qocaldan əsasən iki şey var. Biri içkidir, digəri isə siqaretdir. Bunların ikisi də çox ziyanlıdır. Mən hələ bu yaşıma qədər nə içki içmişəm, nə də siqaret çəkmişəm. 13 yaşından indiyədək namaz qılıram".

 

Bu sözləri müğənni İzzət Bağırov "Qonaqcanlı" verilişində deyib. Sənətçi qidalanmasından da danışıb:

 

"Bir də yemək məsələsi var. Biz evə çörək almırıq. Uşaqlar da artıq çörək yeməməkdə mənə oxşayıblar. Yeməyi gündə maksimum iki dəfə çox az miqdarda qəbul edirik. Ac qalmamaq və başım gicəllənməsi deyə, yeyirəm. Əgər yeməyə otursam, iki saat stuldan durmaram. Nəfsimə qalib gəlirəm". (Axşam.az)

Tarix: 1 Dekabr 2024, 18:57   
Избранный
241
12
pravda.az

10Источники