RU

Kursların verdiyi sertifikatlar işə qəbulda əsas sayıla bilər?

Əczaçılıq, mühasibatlıq və digər bu kimi bir sıra peşələr üçün bir neçə aylıq kursa gedənlər sonradan iş tapmaqda çətinlik çəkirlər. Onlar 3-6 aylıq kurs bitirib sertifikatla iş axtarırlar. Lakin bir çox hallarda istəklərinə nail ola bilmirlər.

Mütəxxəsislər bildirirlər ki, qısa müddətdə öyrətmək vədi verilən kursların əskəriyyətinin sertfikatı yararsız hesab olunur.

Təhsil eksperti Elşən Qafarov deyib ki, bir çox bu cür kursların təqdim etdiyi sertfikatlar işə qəbulda əsassız sayılır.

Elşən Qafarovun sözlərinə görə, təqdim edilən sertfikatın yararlı sayılması üçün ilk növbədə həmin kursun adiyyəti qurumdan lisenziyası olmalıdır.

Ekspert onu da əlavə edib ki, vətəndaşlar müraciət etdikləri kursların dövlət lisenziyalı olub-olmamasına diqqət etməlidirlər. Əks halda bu həm vaxt, həm də pul itkisinə səbəb ola bilər.

Избранный
9
5
qaynarinfo.az

6Источники