RU

Sumqayıtın 75 illiyinə həsr olunmuş kütləvi qaçış yarışı keçirildi

Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş kütləvi qaçış keçirilib 

Fanat.Az xəbər verir ki, qaçış iştirakçıları Sumqayıt Bulvarında Tenis Klubunda bir arata fəliblər.

Qaçışın keçirilməsi üçün xüsususi hazırlıqlar görülüb. İştirakçılara şəhərin 75 illiyini tərənnüm edən yaxalıqlar və kiçik transporatlar verilib.

Tədbirin açılışında Zəfər Klubun direktoru Elşən Quliyev Sumqayıtdan olan və ölkəmizin digər şəhərlərindən gələn idmançıları salamlayıb. O, qaçışın önəmini vurğulayaraq onun 3 həftə sonra -  22 dekabırda builki idman paytaxtımız Qubada keçiriləcək Prezident Kuboku uğrunda ilk tam marafon yarışına hazırlıq xarakteri daşıdığını bildirib. Açılış paradı və isinmə hərəkətlərindən sonra qaçış start götürüb. Atletlər Tennis Klubundan şimal istiqamətə qaçmaqla Sumqayıt Bulvarında hərəsi hərəsi 7 km olan 3 dövrə vuraraq 21 km 100 m məsafə qət ediblər. Fərqlənən idmançılara  təşəkkürnamələr təqdim olunub.

Zəfər Qaçış Klubu olaraq peşəkar və həvəskar idmançıları 22 dekabrda Quba şəhərində ölkəmizdə ilk dəfə keçiriləcək Prezident Kuboku uğrunda yarışda iştrak etməklə marafonçu titulu və İdman dərəcələri reytinq xalları qazanmağa dəvət edirik .
Əlaqə: 051 7100000

Избранный
4
fanat.az

1Источники