RU

Alimlər məlumatların almazda saxlamağın yolunu tapıblar

Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları məlumatların ultra sıx saxlanmasını təmin edən almaz konstruksiyaya yazılması texnologiyasını işləyib hazırlayıblar.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, üsul milyonlarla il ərzində 1 sm³ kristalda 1,85 terabata qədər məlumat saxlamağa imkan verir.

Alimlər almaz kristal şəbəkəsində kiçik boşluqlar yaratmaq üçün ultra sürətli lazer impulslarından istifadə ediblər. Kristalları xüsusi lazerlərlə şüalandırmaqla tədqiqatçılar karbon atomlarının bir hissəsini çıxararaq mikroskopik boşluqlar formalaşdırırlar. Bu boşluqlar məlumatların kodlaşdırılması və saxlanması üçün əsas kimi xidmət edir, həm də bu boşluqların sıxlığı və parlaqlığı yazılan məlumatları müəyyən edir.

Texnologiyanın imkanlarını nümayiş etdirmək üçün alimlər Edvard Meybric tərəfindən çəkilmiş bir sıra tarixi fotoşəkilləri kodlaşdıraraq, məlumat çıxarışının 99 faiz səviyyədə dəqiqliyinə nail olublar. Metod həm böyük miqdarda məlumatı saxlamağa imkan verir, həm də son dərəcə uzun müddət ərzində onun bütövlüyünə zəmanət verir.

Gələcəkdə bu üsul olduqca mühüm məlumatların uzunmüddətli arxivləşdirilməsi üçün istifadə edilə bilər. Yanaşmanın inqilabiliyinə baxmayaraq, texnologiya kommersiya tətbiqindən uzaqdır. Ultra sürətli lazerlər və yüksək dəqiqlikli flüoresan kameralar da daxil olmaqla, xüsusi avadanlıqların yüksək qiyməti onun istifadəsini hələlik çox baha edir. Bununla belə, tədqiqatçılar texnologiyanın gələcəkdə daha əlçatan olacağına ümid edirlər.

Избранный
26
3
avtosfer.az

4Источники