RU

Gürcüstan parlamentinin qarşısındakı aqressiv etirazçılar binaya çöldən hücum ediblər - » AzadMedia.az


Gürcüstan parlamentinin qarşısındakı aqressiv etirazçılar binaya çöldən hücum edərək, pəncərələri sındırıb və 48 otağa ziyan vurublar.

Azadmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Belə ki, “Bir gün əvvəl baş verən hücumda 48 iş otağının Çiçinadze və Rustaveli küçələri tərəfindəki pəncərələri qırılıb. Çiçinadze küçəsindən parlamentin mərkəzi binasının istilik və soyutma qurğuları dağıdılıb, təlim mərkəzinin anbarları və laboratoriyası zədələnib, parlamentin Çiçinadze küçəsinə baxan tərəfindəki yeməkxana tamamilə dağılıb”, – deyə Papuaşvili bildirib.

Həmçinin o vurğulayıb ki, etirazçılar binanın fasadının işıqlandırma sisteminə ziyan vurub, naqilləri yandırıb, binanın sütunlarını işıqlandıran işıqları söküblər.

Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. Artıq dördüncü gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.
Избранный
54
1
azadmedia.az

2Источники