RU

Gürcüstan daha da qarışdı - DİN xüsusi açıqlama yaydı

"Tiflisdə parlament binası yaxınlığında keçirilən aksiyanın bəzi iştirakçıları bir neçə saatdır ki, polis əməkdaşlarına qarşı zorakılıq aksiyalarını davam etdirirlər ".

Musavat.com xənər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, Gürcüstan DİN- in müvafiq idarəsinin əməkdaşları aqressiv qruplaşmanın üzvlərini su şırnaqlarının köməyi ilə dəf etməyə çalışsalar da, bu, etirazçıların zorakılıq hərəkətlərinə mane olmur.

Tiflis polisi parlament binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı yandırma yolu ilə əşyalara ziyan vurmaq və ya məhv etmək ittihamı ilə siyasi partiyalardan birinin üzvünü saxlayıb.

İstintaq müəyyən edib ki, həmin şəxs bu il noyabrın 29-da Rustaveli prospektində mitinq zamanı 112 İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə məxsus elektrik naqillərini və parlament binasının yaxınlığındakı dirəyə quraşdırılmış müşahidə kameralarının enerji təchizatını yandırıb.

Şahanə Rəhimli
Musavat.com

Избранный
23
2
musavat.com

3Источники