Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Abbas Arakçı ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Əsədin ofisi məlumat yayıb.
Görüşdə iki ölkə arasındakı strateji əməkdaşlığın gücləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Qeyd olunub ki, görüşün əsas mövzusu terrorizmə qarşı birgə mübarizə və regionda sabitliyin təmin edilməsi olub. Suriya lideri, bu məsələdə müttəfiqlərin dəstəyinin vacibliyini xüsusi olaraq vurğulayıb və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Əsəd həmçinin, İranla olan əlaqələrin həm iqtisadi, həm də siyasi sahələrdə mühüm əhəmiyyət daşıdığını bildirib.
İranlı jurnalist Abbas Cumanın Teleqram kanalında yazdığına görə, Abbas Arakçı Suriya Prezidentinə İran rəhbərliyinin mesajını çatdırıb. Tehranın Dəməşqə hərtərəfli dəstək verməyə tam hazır olduğunu deyib.