Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasına bir aylıq sədrlik ABŞ-a keçib. Noyabrayında Böyük Britaniya bu vəzifəni yerinə yetirirdi.
Trend-inməlumatına görə, bazar ertəsi, Nyu-York vaxtı ilə saat 14:00-da(Bakı vaxtı ilə 23:00) ABŞ-ın BMT-dəki daimi nümayəndəsi LindaTomas-Qrinfild tərəfindən BMT-nin mənzil-qərargahında mətbuatkonfransı keçiriləcək. Konfransda dünya təşkilatının əsas strukturuhaqqında jurnalistlərə açıqlamalar veriləcək.
Dekabr ayı ərzində BMT Təhlükəsizlik Şurası üzvlərininiclaslarının əsas mövzusu Yaxın Şərqdəki vəziyyət, xüsusilə dəQəzza zolağında və İsrail-Livan sərhədindəki hadisələr olacaq.Ümumilikdə, bu müddət ərzində BMT Təhlükəsizlik Şurası iyirmiyəyaxın açıq iclas və qapalı məsləhətləşmələr keçirəcək.