RU

"Rusiyanın Kurskdakı əks-hücumları uğursuzluğa düçar olur..." - Hərbi ekspert

"Rusiya qoşunlarının Kursk vilayətindəki əks-hücumu uğursuzluqla nəticələnir. Ukrayna Silahlı Qüvvələri onlarla işğalçı hərbçini əsir götürüb, həmçinin düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. 
 
Moderator.az "UNİAN"-a istinalda  xəbər verir ki, hərbi ekspert, təlimatçı pilot və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan bunu "Kanal 24"-ə şərhində deyib.
 
Onun sözlərinə görə, bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin vəzifəsi düşməni hücuma məcbur edən əməliyyatları “saxlamaq”dır, nəticədə ruslar çoxlu canlı qüvvə və texnika itirirlər.
 
"Rusiya ərazisində düşmən ordusunun məhv edilməsi bəzən işğal olunmuş ərazilərdəkindən daha yüksək itkilərlə baş verir", - deyə ekspert qeyd edib.
 
O vurğulayıb ki, Kursk vilayətindəki Rusiya qoşunlarə əraziləri azad etmək vəzifəsini yerinə yetirməyə çalışırlar, Ukrayna qoşunlarının isə başqa vəzifəsi var:
 
"Biz ərazi ələ keçirməyi deyil, düşmən ordusunu istənilən mövqedən, istənilən məsafədən məhv etməyi planlaşdırırıq. Biz bu hücumlara məhz düşməni məhv etmək üçün təhrik etməliyik. Ruslar bunu etməli olacaqlar".
 
Kursk vilayətindəki vəziyyət - son xəbərlər...
 
Ruslar Kursk vilayətində yaşayış məntəqəsini ələ keçiriblər. "DeepState"nin məlumatına görə, söhbət Daryino kəndindən gedir. Həmçinin, analitiklərin fikrincə, düşmən Ukraynanın şərqində irəliləyib.
 
"UNİAN" həmçinin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin əsgərlərinin mübadilə fondunu rus işğalçıları ilə doldurduğunu bildirib. Onlar Kursk istiqamətində xüsusi əməliyyatlar keçirib, düşmənə itki verib, Rusiya Federasiyasının 810-cu dəniz piyada briqadasından onlarla işğalçını əsir götürüblər.
 
S.Laçın
Избранный
23
moderator.az

1Источники