RU

Cəbrayıl sakini: Qürurverici tarixin şanlı səhifələrinə şahidlik edirik

“Tarixi günlər yaşayırıq. Qürurverici tarixin şanlı səhifələrinə şahidlik edirik. 30 illik torpaq, bütövlük həsrətilə yaşayan xalq üçün bu ən böyük hədiyyədir. Belə bir işdə ən xırda əməyi olan olan kəslərə də öz təşəkkürümü bildirirəm. Sağ olsunlar, var olsunlar”.

“İki sahil” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün İntizam Nurəliyev deyib. Onun sözlərinə görə, doğmaları Cəbrayılı görmək arzusu ilə həyatdan köçüblər.

“Şükürlər olsun ki, torpaqlarımız düşmən işğalından azad edilib. Hazırda isə həmin ərazilərdə təmir-bərpa və quruculuq işləri görülür, keçmiş köçkünlər öz doğma torpaqlarına qayıdırlar”, - deyə o qeyd edib.

Keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 34 ailə - 129 nəfər doğma yurduna köçürülüb.

Избранный
8
ikisahil.az

1Источники