RU

Minlərlə insanlar küçələrə axın etdi - Tbilisidə etirazlar davam edir

Gürcüstanda Aİ-yə üzvlük danışıqlarının dayandırılmasına etirazlar davam edir.

Turkustan.az xəbər verir ki, ötən gecə dəTbilisidə minlərlə insan bu qərara etiraz etmək üçün küçələrə çıxıb. Polislə toqquşan etirazçılar zibil qutularını yandırıb, atəşfəşanlıq və maye qazı kimi əşyalardan, polis isə gözyaşardıcı qazdan istifadə edib.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən nümayişlər zamanı fəalların parlament binasının qarşısını mühasirəyə alaraq müxtəlif partlayıcı məhsullardan istifadə ediblər. Daha sonra polis təzyiqli su ilə müdaxilə etməyə başlayıb

Noyabrın 28-də Gürcüstan hökumətinin ölkənin Aİ-yə üzvlük danışıqlarını dayandırmaq qərarına qarşı başlayan nümayişlər 4-cü gündə də davam edib.

Hökumətin qərarına reaksiya verən minlərlə insan gecə saatlarında yenidən Tbilisidə parlament binası qarşısına toplaşıb.

Hökuməti istefaya çağıran və ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb edən nümayişçilər əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları daşıyıblar.

Aytən Yaşar/ Turkustan.az

Избранный
39
turkustan.az

1Источники