RU

Tramp Baydenin oğlunu əfv etməyini sui-istifadə adlandırıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Co Baydenin oğlu Hunteri əfv etmək qərarını "sui-istifadə" və "ədalətin pozulması" kimi qiymətləndirib.

Olaylar-ın məlumatına görə, Tramp özünün Truth Social səhifəsində qeyd edib ki, Hunterə verilən əfv, 2021-ci ilin yanvarın 6-da Kapitoliyə basqın edənlərin əfv edilməsini də əhatə edibmi. O, bu hərəkəti ədalətsizlik və sui-istifadə olaraq qiymətləndirib.

Trampın dediklərinə görə, yanvarın 6-da Kapitoliyə basqın edənlər, "siyasi məhbus" olaraq ədalətsiz şəkildə mühakimə ediliblər. Tramp və tərəfdarları, bu şəxslərin həbsinin siyasi motivlərlə həyata keçirildiyini iddia edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
12
olaylar.az

10Источники