RU

Ermənistanda zəlzələ oldu

Seysmik Mühafizə Xidməti bu gün səhər saat 08:38-də Ermənistan ərazisində 3,4 maqnitudada zəlzələ qeydə alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib.

 

Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori rayonunun Metsavan, Katnarat və Privolnoye kəndlərində hiss olunub.

Избранный
24
13
senzor.az

10Источники