Meşə fındığı sağlamlıq üçün çox faydalıdır və qida dəyəri ilə zəngindir.
Moderator.az foodinfo.az-a istinadən xəbər verir ki, meşə fındığı ürək sağlamlığını qoruyan faydalı sağlam yağlar və antioksidantlarla zəngindir. Onda olan E vitamini dərini qidalandırır, qocalma prosesini ləngidir və immuniteti gücləndirir. Maqnezium və fol turşusu sinir sisteminin sağlam işləməsinə kömək edir.
Meşə fısdığı qan dövranını yaxşılaşdıraraq damarların elastikliyini qoruyur, xolesterolu azaldır və ürək xəstəlikləri riskini azaldır.
Tərkibindəki liflər həzm sistemini dəstəkləyir, metabolizmi sürətləndirir və uzun müddət toxluq hissi yaradır. Həmçinin meşə fındığı sümük sağlamlığını gücləndirən kalsium və maqneziumla zəngindir. Amma yüksək kalorili olduğu üçün həddindən artıq istehlak edilməməlidir.