RU

Bacısı Aygün Bəylərin vəsiyyətini açıqladı

"Çadır toyuna gedib, necə oxuyubsa, görüb halı yoxdur. Ciyərləri ağrıyıb, səhəri həkimə yollanıb. Analiz, yoxlanış, qan, bütün metastaz görünüb. 2020-ci ildə 48 kiloqram olmuşdu. Biz xəstəliyini bilmirdik, gizlədib. Bir dostundan öyrəndik. Bacımla xəstəxanaya getdik, həkim soruşdu bacısısınız? Haradasınız, niyə gəlmirsiniz? Dedik, bilmirdik. İl yarım müalicə ilə qaldı. Ağrıları dəhşət olurdu".

Kulis.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Həftənin qonağı" verilişində deyib.

Xanəndənin xəstəliyindən danışan bacısı xəstəliyi ərəfəsində çox ağır günlər yaşadığını vurğulayıb:

"Konsertdə rəngi sarı, boğuq idi. Sən demə, zəhər bütün bədəninə keçib. Qanı zəhərlənib. Bizi arxayın edirdi ki, yaşayıram, ölməyəcəyəm. Qızı ilə öz evində qalırdı".

Zümrüd bacısının son vəsiyyətini də açıqlayıb:

"Dekabrın 31-də tədbirdən ağrı ilə gəldi. Ayın 1 və ya 2-si Türkiyəyə gedəcəkdi. Dedi ki, inanmıram oradan qayıdım. Uşağımı sənə tapşırıram, onu yüksək səviyyədə oxutdur. Ali təhsilli et. Ağlımıza gəlməzdi belə olar, yoxsa qoymazdıq. Özü bir rəfiqəsi ilə tək getdi".

Избранный
169
18
kulis.az

10Источники