Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Elşən Heydərov, Elman Əskərov, Rövşən Qasımbəyov və Şabran rayon sakini Mirabtalıb Məsimov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zamanı ümumilikdə 11 kiloqram marixuana, metamfetamin, tiryək, 50 metadon həbi və 30 preqabalin həbi aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.