RU

Dünyanın yarısının dişləri çürükdür -  Statistika

Dünyanın Dünyanın yarısının dişləri çürükdür -

Ağız və diş sağlamlığı xəstəxanalarına ən çox müraciət diş ağrısı səbəbiylə olur. Hər 10 nəfərdən 9-u şikayəti olduqda diş həkiminə müraciət edir və bunu adətən diş, diş əti və ya ağızla bağlı ağrı və ya problem olaraq təyin edirlər. Ancaq profilaktik stomatologiya ilə, diş həkiminə diş ağrımadan müraciət etmək lazımdır”.

E-saglam.az xəbər verir ki, ÜST-nin dərc etdiyi hesabatda təxminən 3,5 milyard insanın ağız boşluğu xəstəlikləri ilə yaşadığı məlum olub. Bu rəqəm dünya əhalisinin demək olar ki, yarısıdır. Ən çox görülən ağız xəstəlikləri diş çürüməsi, ağır diş əti xəstəlikləri, diş itkisi və ağız xərçəngidir.

Müalicə olunmamış diş çürüməsi dünyada ən çox yayılmış yeganə xəstəlikdir və məlumatlara görə, dünya əhalisinin üçdə birindən çoxu diş çürüməsi ilə yaşayır.

Diş itkisinin əsas səbəblərindən biri olan şiddətli diş əti xəstəliyinin dünyada 1 milyard insanı əhatə edir. Hər il 380 min ağız xərçəngi diaqnozu qoyulur. Hesabat bunun qlobal ictimai sağlamlıq problemi olduğunu bildirib. 

Məhdudlu müntəzəm diş fırçalama vərdişi ilə yanaşı, diş fırçasına əlavə olaraq müxtəlif gigiyena vasitələrinin (diş ipi, diş arası fırçası, ağız qarqarası, ağız spreyi və s.) istifadəsi də qeyri-kafidir. Uşaqlarda diş fırçalamaq və yemək vərdişləri erkən yaşlarda öyrədilməlidir.

Könül Oruc

E-saglam.az 

Избранный
43
e-saglam.az

1Источники