RU

Zorakılıqların arxasında onlar dayanır – Kobaxidze

“Dörd partiya var – Saakaşvili, Qvaramiya, Xazaradze və Qaxaria. Onlar ötən gün praktiki olaraq açıq şəkildə bəyan etdilər ki, razılaşdırılmış zorakılığın arxasında onlar dayanır”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze yeni hökumətin ilk iclasında deyib.
O, həmin şəxsləri avanturist adlandırıb.
“Onlar nəyə baş qoşduqlarını anlayırlar, lakin ağanın tapşırığı var və bu tapşırıqdan imtina etməyi sadəcə bacarmırlar, agentin taleyi belədir. Ən acınacaqlısı odur ki, onlar insanları, o cümlədən gəncləri çox ağır cəzalara qurban verirlər. Təbii ki, bütün bunlara görə onlar məsuliyyətdən qaça bilməzlər.”, - Kobaxidze bildirib.


Müəllif: Cəmilə Babayeva
Избранный
6
teleqraf.com

1Источники