Almaniya kansleri Olaf Şolts bazar ertəsi səhər gözlənilməz səfərlə Kiyevə gəlib.
Reyting.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Şolts Almaniyanın “Avropada Ukraynanın ən güclü dəstəkçisi olaraq qalacağını” bildirib və Kiyevə əlavə silah tədarükü vəd edib.
Almaniya kansleri deyib ki, Ukrayna prezidenti Zelenski ilə görüşdə dekabrda tədarük edilməli olan 650 milyon avro dəyərində əlavə silahlar elan edəcək.
Onu da qeyd edək ki, bu, Şoltsun Ukraynaya ilk səfəri deyil. O, 2022-ci ilin iyununda da Rumıniya, Fransa və İtaliya liderləri ilə birlikdə Kiyevə səfər etmişdi.