Futbol meydançası qan gölünə çevrildi: 100-ə yaxın insan həyatını itirdi
Qvineyanın Nzerekore şəhərində futbol matçı zamanı rəqib azarkeşlər arasında dava düşüb.Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, hadisə Nzerekore və Labe komandaları arasında keçirilən "General Mamadi Doumbouya" kubokunun final matçı zamanı baş verib. Matçın sonlarına doğru Labe komandasının oyunçuları Nzerekore komandasının xeyrinə verilən penalti qərarına etiraz etdikdə gərginlik daha da artıb. Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsindən sonra artan xaosda izdihamın stadionun tək çıxışına axışması vəziyyəti daha da pisləşdirib. Qarşılaşma zamanı rəqib azarkeşlər arasında şiddətli toqquşmalarda ən azı 100 nəfər həlak olub.