RU

BMT: Livanda 240-dan çox tibb işçisi dünyasını dəyişib

İsrail ilə Livan arasında 2023-cü ilin oktyabrında başlayan döyüşlərdən bəri ən azı 241 tibb işçisi ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) hesabatında əksini tapıb.

Məlumata görə, bu müddət ərzində səhiyyə müəssisələrinə ümumilikdə 158 hücum qeydə alınıb, nəticədə 292 tibb işçisi peşə vəzifələrini yerinə yetirərkən xəsarət alıb. 

Tibbi nəqliyyata da 103 hücum olub.

Hesabatda qeyd olunur ki, ötən ilin oktyabr ayından Livanda 76 ilkin tibbi yardım mərkəzi və dispanser bağlanıb. Yeddi xəstəxananın da işi dayandırılıb, daha yeddisi qismən işləyir.

Избранный
27
operativmm.az

1Источники