RU

Vaxtı keçmiş kreditlərin həcmi açıqlandı - 325 MİLYON MANATI BAKIDADIR

Bu ilin 1 noyabr tarixinə Azərbaycan banklarının vaxtı keçmiş kreditlərinin həcmi 425,1 manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə problemli kreditlərin 325,2 milyon manatı paytaxt Bakının payına düşüb.

Sumqayıt şəhərində vaxtı keçmiş kreditlərin məbləği 14 milyon manat, Gəncədə 11,5 milyon, Zaqatalada 7,3 milyon manat təşkil edib.

Problemli kreditlərin həcminin ən az olduğu rayonlar Lerik, Yardımlı, Oğuz, Naftalan və Şərurda 0,1 milyon manat olmaqla qeydə alınıb.

Избранный
49
fed.az

1Источники