RU

Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi artıb

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmişdepozit və əmanətlərin cəmi məbləği 37 milyard 22,1 milyon manattəşkil edib.

Trend-in Mərkəzi Banka istinadən məlumatına görə, bu,ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 30,8 milyon manat vəya 5,8% çoxdur.

Cari ilin noyabrın 1-nə cəmi depozit və əmanətlərin 14 milyard266 milyon manatı ev təsərrüfatlarına, 3 milyard 23,6 milyon manatımaliyyə təşkilatlarına, 19 milyard 732,5 milyon manatıqeyri-maliyyə təşkilatlarına məxsus olub.

İllik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 1 milyard702 milyon manat (13,5%), maliyyə təşkilatlarına məxsus depozitlər1 milyard 94 milyon manat (56,7%) artıb, qeyri-maliyyətəşkilatlarına məxsus depozitlər isə 765 milyon manat (3,73%)azalıb.

Избранный
13
2
az.trend.az

3Источники