RU

Qərb Gürcüstanda mövcud hakimiyyəti dəyişməyə səy göstərəcək -Analiz

Qərbin Gürcüstanda Qeyqi Hökümət Təşkilatlarını (QHT) maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurması və gündəliyini qəbul etdirmək planı göz önündədir. QHT-lər vasitəsilə cəmiyyəti o qədər manqurtlaşdırırlar ki, bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirlmiş torpaqlarının geri qaytarılması müzakirə mövzusu belə deyil. İdeoloji əsasda gürcü xalqının milli kimliyi və qürurunun, tarixinin və adət-ənənələrinin arxap plana keçməsi və onun yerinə yad LGBT və ifrat sağçı qüvvələrin ön plana atılması qəbuledilməzdir. Görünən odur ki, Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisi  təkrarlanır. Eyni zamanda Avropa İttifaqının Gürcüstandakı səfiri özünü canişin kimi aparır. Qərb səfirləri və ölkələri demokratik seçilmiş hökumətə qarşı hidrid müharibə aparırlar. Bu gün Çini, Rusiyanı və digər ölkələri hibrid müharibələrdə günahlandıran Qərbin özü Gürcüstanın daxili işlərinə qarışır. Baş verən hadisələr Gürcüstanın daxili işidir və kanar qüvvələr və ölkələr bu prosesə müdaxilə etməməli, demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdırlar. 

Politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Gürcüstanın Mixeil Saakaşvili hakimiyyətindən sonrakı dönəmdə Amerika Birləşmiş Ştatları və Rusiya arasında formalaşan status-kvo şəklində qalmasına icazə verməyəcəklər:

“Rusiya bütün gücü ilə Gürcüstanı yanına çəkmək və onun Avropa İttifaqı və ABŞ-yə inteqrasiya proqramından imtina etməsini istəyir. Digər tərəfdən Qərb bütün gücü ilə çalışır ki, Gürcüstan Rusiyanın təsir zonasına keçməsin. Buna görə də Gürcüstana qarşı təzyiqlər başlayıb. Hesab edirəm ki, Aİ və ABŞ tərəfindən Gürcüstana qarşı sərt sanksiyalar görəcəyik. Gürcüstana qarşı bütün maddi yardımlar kəsiləcək. Hətta Gürcüstan müxalifəti ABŞ və Aİ tərəfindən güclü formada dəstəklənəcək. Bunda sonra Rusiya və ABŞ arasında heç bir yumşalma mümkün olmayacaq. Hazırda Gürcüstanda hakimiyyət mübarizəsi gedir. İndiki halda Qərb ilə Rusiyanın Gürcüstan üzərindən ortaq məxrəcə gələcəyini düşünmürəm. Hadisələr həqiqətən də 2014-cü ülün Ukraynanın meydan münaqişəsini xatırladır. Qərb Gürcüstana istəmədən Avropa İttifaqına üzvlüyə namizəd statusunu vermişdi. Çünki Gürcüstan Rusiyaya yaxınlaşma yolunu seçdikdə küçə etirazlarına başlayacaqdılar. Küçə etirazları daha da kəskinləşəcək və Qərbdən dəstək çoxalacaq. Qərb mövcud hakimiyyəti dəyişməyə səy göstərəcək və bu da alınmasa Gürcüstana sanksiyaları kəskinləşdirəcək”.

Ekspert qeyd edib ki, hakimiyyət heç olmadığı qədər qırılma nöqtəsinə yaxındır:
“Nə ABŞ, nə də ki Avropa İttifaqı Gürcüstan hakimiyyətinin etirazçılara qarşı sərt davranışını bağışlamayacaq. Kütləvi sanksiyalar və embarqo gözlənilir. Yeni Ağ ev administrasiyası da indiki xətti böyük ehtimalla davam etdirəcək. "Gürcü arzusu " ölkəni Orban Macarıstanına çevirmək istəyirdi. Amma Gürcüstan üçün görünən perspektiv hələ ki, Belarusun daha mötədil versiyasıdır. Qırılma nöqtəsindən geri qayıtmaq üçün hökumət geri addım atmalıdır. Ən azı Avropa İttifaqı ilə bağlı mövqeyini düzəltməli, xarici agentlər haqqında qanunu ləğv etməli, etirazçılara qarşı güc nümayişini dayandırmalı, və ABŞ və Avropa İttifaqı ilə dialoqu bərpa etməlidir”.
Избранный
9
sherg.az

1Источники