RU

"Mən də "Real"a yeni qoşulanda eyni halla üzləşmişdim"

"Real Madrid"in 32 yaşlı qapıçısı Tibo Kurtua fransalı ulduz Kilian Mbappenin "Kral klubu"nda ümidləri doğrulda bilməməsindən danışıb.

Fanat.Az xəbər verir ki, belçikalı qapıçının sözlərini "Mardid Xtra" belə çatdırıb:

"Problem peşəkarlıq və istək çatışmazlığında deyil. Mən də "Real"a yeni qoşulanda eyni halla üzləşmişdim. Bəzən elə olur ki, heç nə alınmır. Bu o demək deyil ki, siz daha artığına nail olmaq istəmir, meydanda az güc qoyursunuz. Sakitliyi qorumaq və davam etmək lazımdır. Dönüş nöqtəsi lazımdır və bu, reallaşacaq. Ümid edirəm ki, "Xetafe"nin qapısına vurduğu qol ona "Atletik"in qapısına 3 dəfə yol tapmaq üçün özünəinam verəcək".

Qeyd edək ki, Mbappe cari mövsüm 13 La Liqa matçına çıxaraq 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.O, "Real" forması ilə Çempionlar Liqasında keçirdiyi 5 görüşdə 1 dəfə fərqlənməyi və 1 məhsuldar ötürmə etməyi bacarıb.

Nihat

Избранный
12
fanat.az

1Источники