RU

Qvineya-Bisau XİN rəhbəri: "İndi ən vacib məsələ Azərbaycanla ikitərəfli əməkdaşlığa başlamaqdır"

İndi ən vacib məsələ bizim ikitərəfli əməkdaşlığa başlamaqdır. Nümayəndə heyətimizdə təmsil olunanlardan 7 nəfəri keçmişdə Azərbaycanda təhsil alıb.

Bunu Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

“Bizim ölkə təbii resurslarla zəngindir. Azərbaycanın da bu sahədə təcrübəsi var. Sizin təcrübənizlə biz bu sahələrdə inkişafımızı təkmilləşdirmiş olacağıq. Biz gələn il Azərbaycanda Qvineya-Bisau tələbələrinin təhsil alması proqramını başladacağıq. Mümkün qədər tez şəkildə biz siyahını hazırlayacağıq”.

Nazir Azərbaycan nümayəndə heyətini ölkəsinə səfərə dəvət edib: "Azərbaycandan nümayəndə heyəti bizim ölkəmizə gəlsin, potensialımızı görsünlər və investisiya imkanlarını nəzərdən keçirsinlər".

"Cebheinfo.az"

Избранный
30
2
cebheinfo.az

3Источники