RU

Alimlər bakteriyaların antibiotiklərdən müdafiə mexanizmini aşkarladılar

Alimlər Bakteriyaların Antibiotiklərdən Müdafiə Mexanizmini Aşkarladılar  Barselona Elm və Texnologiya İnstitutunun alimləri Escherichia coli bakteriyasının streptomisin və kasuqamisin kimi antibiotiklərə qarşı davranışını araşdırıblar.

QHT.az xəbər verir ki, tədqiqat, bakteriyaların ribosomlarını kimyəvi etiketlərdən məhrum etməklə dərmanlardan yayınma qabiliyyətini göstərib.  Antibiotiklərə cavab olaraq, E. coli zülal istehsalını dayandıran etiketlərin olmadığı yeni ribosomlar yığır. Bu mexanizm bakteriyaların dərmanlara daha davamlı olmasına səbəb olur.  

Tədqiqatın müəllifi doktor Eva Novoa bakteriyaların molekulyar dəyişiklikləri "gizli və incə" bir mexanizm kimi xarakterizə edib. Alimlər bu kəşfin antibiotik müqavimətinə qarşı mübarizəyə töhfə verəcəyinə ümid edirlər.

 

R.İmanov

Избранный
21
qht.az

1Источники